Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ən intizamsız futbolçuları bəlli olub.
Apasport.az saytının məlumatına görə, Anatole Abanq mövsüm ərzində 2 qırmızı vərəqə alan yeganə oyunçudur.
“Şamaxı”nın iki matçından qırmızı vərəqə alan legioner bir dəfə birbaşa, bir dəfə iki xəbərdarlıq üzündən belə cəza alıb. O, daha iki qarşılaşmada sarı vərəqə alıb.
Onun bir matçda birbaşa qırmızı vərəqə alan komanda yoldaşı Şəhriyar Əliyevin hesabında 8 xəbərdarlıq da var. Bir qarşılaşmada ikinci sarı vərəqə üzündən meydandan qovulan Stefan Vukçeviçlə (“Qəbələ”) Yurgen Qoxanın (“Səbail”) hərəsi daha 7 dəfə xəbərdarlıqla cəzalanıb.
Ən çox sarı vərəqə isə Adil Nağıyevdədir. “Səbail”in müdafiəçisi 10 dəfə cəzalanıb. “Sumqayıt”lılar Höccət Haqverdi və Vüqar Mustafayev ondan bir vərəqə geri qalır.
- "Monako" müdafiəçisini Niderland klubuna icarəyə verdi
- Avropa çempionatında iştirak edəcək cüdoçularımız müəyyənləşib
- Rasim Ramaldanov: "Millinin hazırkı heyətində 2-3 futbolçu daha ola bilərdi" - Müsahibə
- Estoniya – Azərbaycan matçının hakimləri açıqlanıb
- Kadi və Veşoviç tezliklə "Qarabağ"ı tərk edə bilər – SƏBƏB