"Qalatasaray" Renatın komandasına məğlub oldu
11.11.2023 - 23:19
"Qalatasaray" Renatın komandasına məğlub oldu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Hatayspor" klubunun heyətində növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Volkan Demirelin baş məşqçisi olduğu kollektiv Superliqanın XII turunda "Qalatasaray"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qolları 14-cü dəqiqədə Riqoberto Rivas və 55-ci dəqiqədə Didye Lamkel vurub. "Cimbom"un heyətində isə 28-ci dəqiqədə Vilfred Zaha fərqlənib.

Görüşə start heyətində başlayan Renat Dadaşov 88-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu nəticədən sonra "Hatayspor" 17 xalla 9-cudur, lider "Qalatasaray"ın 31 xalı var.

writer photo
Əlirza Əlirzalı
0