“Qarabağ” Avropada onilliyin “Top-100”ündə
30.07.2022 - 16:50
“Qarabağ” Avropada onilliyin “Top-100”ündə

Avropada son 10 ilin ən yaxşı 100 klubu açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan siyahıda bir komanda ilə təmsil olunub.

Bu, Ağdamın “Qarabağ” klubudur. Qurban Qurbanovun yetirmələrinin hesabında 42,00 xal var.

Azərbaycan çempionu onilliyin 70-cisidir. Təmsilçimiz bu mövqeyi Rumıniya “Styaua”sı ilə bölüşür.

“Qarabağ” tanınmış klublardan “Fənərbaxça”, “Betis”, “Renn”, “Lill”, “Real Sosyedad”, “Vest Hem”i, həmçinin Azərbaycan komandalarının keçmiş və indiki rəqiblərindən APOEL, “Rapid”, “Şerif”, “Molde”, “Dnepr” və BATE-ni də arxada qoyub.

Cədvələ “Real” başçılıq edir. “Bavariya” ikinci, “Barselona” üçüncüdür.

Qeyd edək ki, qardaş Türkiyə “Top-100”də üç komanda ilə təmsil olunub. “Beşiktaş” 39-cu, “Qalatasaray” 48-cı, “Fənərbaxça” 74-cüdür.
 

writer photo
Əlirza Əlirzalı
0