Proqnozsevərlərin bu gün ən çox üstünlük verdiyi oyunların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, araşdırma günün bütün futbol turnirlərinə şamil edilib.
Ən çox mərc qoyuluşu edilən matç “Mançester Yunayted”lə “Kristal Pelas” arasında keçiriləcək yoxlama görüşüdür. Maraq baxımından ikinci yerdə Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”la İsveçrə təmsilçisi “Sürix” arasında oynanılacaq qarşılaşmadır.
Bu turnirin “Jalgiris” (Litva) – “Malmö” (İsveç) oyunu proqnozsevərlərin ən çox diqqət yetirdiyi üçüncü matçdır.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sürix” oyunu saat 20:00-da başlayacaq.