“Qarabağ”ın oyununa jurnalistlərin PROQNOZU
03.11.2022 - 13:31
“Qarabağ”ın oyununa jurnalistlərin PROQNOZU

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin son turunda “Frayburq”la qarşılaşacaq.

Azərbaycanlı jurnalistlər Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma ilə bağlı apasport.az saytının sorğusunu cavablandırıblar.

Həmkarlarımız Almaniya təmsilçisi önündə təmsilçimizi favorit hesab edir. Səsvermədə iştirak edən 16 nəfərdən 9-u Qurban Qurbanovun yetirmələrindən doğma arenada qələbə gözləyir. 7 jurnalist görüşün heç-heçə nəticələnəcəyini proqnozlaşdırıbsa, heç kim “Qarabağ”dan məğlubiyyət gözləmir.

Amal Abuşov (qaynarinfo.az) – 1:1
Mirbağırağa Cəfərli (sportal.az) – 2:0
Asəf Zeynallı (CBC Sport) – 2:2
Tahir Mirzə (İdman TV) – 1:0
Heybət Məmmədov (ARB24 TV) – 1:1
Ruslan Mikayıllı (azerisport.com) – 3:2
Faiq Tahirov (futbolpress.az) – 2:0
Mehman Süleymanov (sport24.az) – 1:1
Daşqın Əziz (offsideplus.az) – 2:1
Səxavət Qurbanov (idmanxeber.az) – 2:1
Mirağa Mirzəyev (fanat.az) – 1:1
Kənan Həsənov (Futbol+) – 2:1
İbrahim Cəfərov (futbolxeber.az) – 2:1
Elmir Əliyev (haqqin.az) – 1:1
Kənan Məstəliyev (rekord.az) – 2:1
Azər Hümbətov (apasport.az) - 1:1

writer photo
Əlirza Əlirzalı
0