"Qəbələ" iordaniyalı ilə yollarını ayırdı
09.01.2024 - 10:15
"Qəbələ" iordaniyalı ilə yollarını ayırdı

“Qəbələ” iordaniyalı futbolçu Omar Hani ilə yollarını ayırıb.

Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2021-ci ilin sentyabrından Qəbələ təmsilçisində çıxış edən legioner “qırmızı-qara” formada 85 matçda 4 qol vurub. Omar Premyer Liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda 1 matçda iştirak edib.

Asiyalı futbolçu “Qəbələ”nin heyətində 2022-2023-cü illər mövsümündə Azərbaycan kubokunun qalibi olub.

 

writer photo
Əlirza Əlirzalı
0