“Qəbələ”nin Türkiyə planı
02.12.2023 - 12:36
“Qəbələ”nin Türkiyə planı

“Qəbələ”nin qış hazırlıq planı bəlli olub.

Apasport.az xəbər verir ki, bu mövsüm ölkə çempionatında uğurlu çıxış etməyən “qırmızı-qaralar”ın mövsümün ikinci yarısına harada hazırlaşacağı dəqiqləşib. 

Bölgə təmsilçisi Türkiyəyə yollanacaq. Yanvarın ilk günlərində bir araya gələcək “Qəbələ” yanvarın 4-5-i arası isə Türkiyəyə uçacaq. 

Komanda yanvarın 16-na qədər burada qalacaq və hazırlıqlarını davam etdirəcək. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Türkiyədə minimum 3 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.
 

writer photo
Əlirza Əlirzalı
0