“Tottenhem”də ciddi itki
08.02.2023 - 17:13
“Tottenhem”in kapitanı Uqo Lorisin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 37 yaşlı qapıçı 6-8 həftə meydanlardan kənar qalacaq.
Buna fransalı qolkiperin zədələnməsi səbəb olub. O, Premyer Liqanın XXII turunun “Mançester Siti” ilə matçında (1:0) xəsarət alıb.
İlkin proqnozlar Lorisin mövsümü başa vurduğu ehtimalı yaratmışdı. Lakin onun daha tez komandaya qoşulacağı gözlənilir.
Qeyd edək ki, Uqo Çempionlar Liqasının “Milan”la 1/8 final matçlarını da buraxmalı olacaq. İlk görüş fevralın 14-də, cavab qarşılaşması martın 8-də baş tutacaq.
0
0