Qurban Qurbanov: "Tam istədiyimiz formada deyilik"
31.01.2023 - 18:00
Qurban Qurbanov: "Tam istədiyimiz formada deyilik"

"Futbolçuları təbrik edirəm. Vacib üç xal əldə etdik”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

51 yaşlı mütəxəssis Misli Premyer Liqasının XX turunun “Şamaxı” ilə oyunundan sonra mətbuat konfransında iştirak edib. Qurbanov komandasının 3:1 hesabı ilə qalib gəldiyi matç barədə fikirlərini bildirib, həmçinin jurnalistlərin suallarını cavablandırıb: “Bu günləri tam istədiyimiz idman formasında deyilik. İstəyərdim ki, topla daha düzgün rəftar etsinlər. Qarşıdakı oyunlarda bunu daha da yaxşılaşdıracaq. Çox yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Keçən ilin sonlarından "Şamaxı" məşqçiləri nə istəyirlərsə, futbolçular bunu dərk etməyə başlayıb. Bu gün də gördük. İntizamlı oynadılar, düşünülmüş hücumlar etdilər. Oyunçularım diqqətli idilər, sadəcə sonlarda diqqətsizlik oldu. Komandama uğurlar arzu edirəm".

- Konfrans Liqasında "Gent"lə oyuna hazırsız?
- Hələlik yox. Qarşıda bir neçə matç var. Tam heyəti müəyyənləşdirəcəyik. Komandanın fiziki və texniki durumunu yaxşılaşdırmağa çalışacağıq. Bu gün tam istədiyim kimi hazır deyillər.

- Demisiz ki, qapıçı transferini fevralın 2-də yekunlaşdırmaq istəyirik. Niyə məhz həmin gün?
- Fevralın 2-də UEFA-da bizim sifariş ərizəsi bağlanır. Son günümüz həmin gün gecə olmalıdır. Ona qədər yekunlaşdırmaq istəyirik.
 

writer photo
Əlirza Əlirzalı
0