Rəşad Sadıqov: "Çalışacağıq ki, "Qarabağ"a qarşı layiqli müqavimət göstərək"
01.06.2024 - 17:46
Rəşad Sadıqov: "Çalışacağıq ki, "Qarabağ"a qarşı layiqli müqavimət göstərək"

Azərbaycan kubokunun final görüşündən öncə təşkil olunmuş mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov iştirak edib.

Apasport.az xəbər verir ki, sabah keçiriləcək görüşlə bağlı danışan mütəxəssis jurnalistlərin suallarını cavablandırıb: 

"Mövsümün son oyunudur. Kubokun finalına hazırlıq həmişə yaxşı olur, bayram əhval-ruhiyyəsində olur. Biz də bayramın bir parçası olacağıq. Böyük ajiotaj var. Bunu biletlərdən bilirik. Biletler satılıb, azarkeşlər oyuna böyük maraq göstərir. Bu da oyunun daha da maraqlı keçməsinə səbəb olacaq. İki il əvvəl də finalda oynamışdıq. O vaxtı da maraqlı, gərgin mübarizə getmişdi. Penaltilərə qədər oyun getmişdi. Sonda "Qarabağ" daha dəqiq olub qalib gəldi. İstəyərdik ki, eyni həyəcan bu oyunda da olsun. Maraqlı oyun görək. Başa düşürük ki, "Qarabağ" ciddi rəqibdir. Bu mövsüm avrokuboklarda 1/8 finala qədər irəliləyib. Öz bacarığımızı, oyunumuzu nümayiş etdirmək istəyirik ki, sonda sevinən tərəf olaq. Oyundan qabaq danışmaq həmişə çətindir. Çünki oyundan qabaq danışıram. Oyundan sonra danışmaq daha asandır. Bütün fikrimiz oyundadır. Çalışacağıq ki, rəqibə layiqli müqavimət göstərək, gərgin oyun getsin. Allah qoysa, sonda sevinən tərəf biz olaq".

- İki il əvvəlki final ssenarisinin təkrarlanmasını gözardına almısız?
- Finalda hər şey ola bilər. Sabah necə olacaq, proqnoz vermək çətindir. Həmin oyunu da xatırlayırıq ki, nə çatmadı. Uğurlu nəticə ilə ayrıla bilərik.

- Avropa Liqasında potensial rəqibləriniz bəllidir. Yəqin ki, onlar sizi izləyəcək. Kuboku qazanıb rəqiblərinizə əzəmətli komanda kimi özünüzü göstərmək istəyirsiz?
- Əvvəlcədən nəsə demək çətindir. Bugünkü finaldan sonra 6 komanda qalacaq. Onlar haqda düşünmürük. Bütün fikrimiz sabahkı matçla bağlıdır. Təbii ki, uğurlu oynadığın halda, rəqiblərin sənə qarşı ciddi yanaşmasına səbəb olacaq. Çünki sabah rəqibimiz "Qarabağ"dır. Avrkuboklarda oyunlar daha fərqli keçəcək. İndi "Qarabağ" matçını düşünürük.

- Vladilsav Kulaç sabah oynamayacaq. Başqa itkiləriniz var?

- Rüstəm, Məqsəd, Cibrilla İsanın uzun müddət zədəli olub, tam formalarını bərpa etməməlidir. Hər üçünün də formada olmasına ehtiyacımız var. Futbol zədəsiz, cəzasız olmur. "Qarabağ"ın da itkiləri var. İtkilər o qədər də önəm kəsb etməyəcək.

- İki il əvvəl finalda oynayan “Zirə” ilə indikini necə müqayisə edərdiz? İkinci yeri artıq tutmusuz. Bu sizə rahatlıq verəcək?
- Bəzən görürsən, xeyri olur, bəzən fərqli olur. Onu oyundan sonra dəyərləndirə biləcəyik. İki il əvvəl, hər iki komanda inkişaf edib. O dönəmdə də, Ramil Şeydayev, Abdulla Zubir, Kadi kimi oyunçular var idi. Bu mövsüm "Qarabağ" rekord nəticə əldə edib. "Zirə" də tarixin ən yaxşı nəticəsini göstərib. 2015-ci ildə ikinci olmuşduq. Amma finala da çıxmışdıq. Hər iki komanda inkişaf edib, daha yaxşıdır.

 

writer photo
Əlirza Əlirzalı
0