Şahin Diniyev: "Pulumuz var deyə xərcləməli deyilik"
12.11.2023 - 21:47
Şahin Diniyev: "Pulumuz var deyə xərcləməli deyilik"

Azərbaycan Premyer Liqasının XIII turunun "Qarabağ" - "Səbail" oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb. 

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib. 

- İtkilərimiz çox idi. Sistem dağılmış vəziyyətdə idi. İstəyirdik ki, ilk 15 dəqiqə qol buraxmayaq. "Qarabağ"ın əsas heyətlə olacağını gözləmirdik. Bu komandaya qarşı oynamağa nəinki biz, Avropa komandaları da çətinlik çəkir. İkinci hissədə açıq futbol oynamağa çalışdıq. Həm qol vurduq, həm buraxdıq. Səlahət Ağayevə halal olsun. Futbolçulara da dedim ki, itirəcək nəsə yoxdu, qazana bilərik. İkinci hissəyə hücumçusuz çıxdıq. Qarşıda oyunlarımız var, önümüzə baxmalıyıq.

- Müdafiənin sol cinahında problemlər var. Bu, çətinlik yaratmır?
- Futbolçunun yaxşı və pis günü olur. Cabir Əmirli əməliyyt olunub. Müdafiədə problemlərimiz var. Yusif Nəbiyev də zədəli oynadı. Zədəlilər qayıdandan sonra daha yaxşı olacağıq.

- Ehtiyat qüvvənin olmaması çətinlik deyil?
- Komanda birdən-birə birinci yeri tuta bilməz. Hər şey pillə-pillə olacaq. Ötən il sonlarda olan komanda bu il birinci ola bilməz. Pulumuz var deyə xərcləməli deyilik. Komanda qurmağa çalışırıq. 10 oyunçumuz milli komandalara dəvət alıb. Dediyim ki, hər şey birdən olmur. Bu gün heyətdə akademiyadan, əvəzedici komandadan oyunçu var idi. Hər şey pillə-pillə olmalıdır. 

- İrəliyə baxanda "Səbail"i neçənci pillədə görürsünüz?
- Komandanın potensialı var. Qarşımızda əsas hədəf "altılıq"da olmaqdır. Bacarıqlı oyunçularımız var. 13 oyundur, qol vururuq. Bu gün ikinci hissədə irəli atıldıq. İtirəcək nəsə yox idi.

writer photo
Əlirza Əlirzalı
0