"Şamaxı" daha bir futbolçusu ilə vidalaşdı
04.06.2024 - 15:09
2024/2025 mövsümündə Misli Premyer Liqasında oynamaq hüququ qazanan "Şamaxı"da növbəti ayrılıq baş tutub.
Apasport.az klubun saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan İbrahim Aslanlı ilə yollar ayrılıb.
Müdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, "Şamaxı" daha əvvəl Əkbər Vəliyev, Süleyman Damadayev , Elçin Qasmov , Əbil Əbilov, Əli Mürsəlovla yolları ayırıb.
0
0