“Sabah”ın “Şaxtyor”dan ikinci dəfə icarəyə götürdüyü Aleksey Kaşuk “Qarabağ”ın transfer siyahısına düşüb.
Apasport.az saytının məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov ukraynalı vingerlə yaxından maraqlanır.
“Köhlən atlar”ın nümayəndələri Donetsk təmsilçisi ilə əlaqə saxlayıb, 22 yaşlı yarımmüdafiəçinin transfer qiymətini araşdırıb.
Düzdür, “şaxtaçılar” ölkənin əsas yığmasına da dəvət alan yetirməsi ilə birdəfəlik vidalaşmağa həvəs göstərmir, ancaq Azərbaycan çempionu işini ehtiyatlı tutub, mövsümün sonunadək “Sabah”da çıxış edəcəyi dəqiqləşmiş gənc istedada görə indidən təkliflər paketi hazırlayıb (sportinfo.az).