“Ötən il Azərbaycan futbolu üçün uğurlarla yadda qaldı".
Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Futbol Federasiyasının baş katibi Sərxan Hacıyev AFFA-nın bu gün keçirilən konfrasında çıxışı zamanı bildirib.
"İlk növbədə uzun illərdən sonra Xankəndidə Azərbaycan kubokunun oyununun keçirilməsini qeyd etmək istərdim. Həmin matçı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva canlı izlədilər”.
“Qarabağ” Avropada yeni tarix yazaraq AL-in 1/8 final mərhələsinə vəsiqə qazandı. Məzmunlu, döyüşkən oyunla yadda qaldı. Azərbaycan futbol tarixində iz qoydu. Bu münasibətlə “Qarabağ” rəhbərliyini, futbolçuları, məşqçiləri, futbol ictimaiyyətimizi təbrik edirəm.
Ötən mövsüm Azərbaycanda qadın futbolunda millimiz bizi sevindirdi. Qadınlardan ibarət millimiz yeni tarix yazdı, ilk dəfə qrup mərhələsində birinci yeri tutaraq B divizionuna vəsiqə qazandı. Bu da Azərbaycanda qadın futbolu üçün əlamətdar nəticə idi.
Son illərdə AFFA tərəfindən müxtəlif tədbirlər də keçirilib.
Sərxan Hacıyev: “Ötən il Azərbaycan futbolu üçün uğurlarla yadda qaldı"
02.04.2024 - 10:38
0
0