Taekvondoçularımız İrana yollanıb
11.02.2024 - 14:07
Taekvondoçularımız İrana yollanıb

Azərbaycan millisi İranda 2 beynəlxalq yarışda iştirak edəcək.

Apasport.az xəbər verir ki, fevralın 12-15-də İranın paytaxtı Tehranda taekvondo üzrə G1 kateqoriyalı “Fəcr Open”, ayın 16-19-da G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kuboku keçiriləcək. 

Azərbaycan millisi hər iki yarışda qüvvəsini sınayacaq. 
Beynəlxalq turnirlərdə kişilərdən ibarət milli komandanın böyük məşqçi Elnur Amanov, qadınlardan ibarət yığmanın böyük məşqçi Seulbi Li və məşqçi Zahid Məmmədovun rəhbərliyi altında Səyyad Dadaşov (58 kq), Rahid Vəliyev, Xıdır Məmmədov (hər ikisi 54 kq), Ruslan Seyidov, Malik Abbasov, Yusif Qurbanov, Adil Eyvazov (hamısı 58 kq), Riyad Şirəliyev, Pərviz İskəndərov (hər ikisi 63 kq), Yaşar Məmmədli, Vaqif Hacıyev, Xanlar Xanəhmədov, Vüqar Bağırov (hamısı 68 kq), Ələskər Əliyev, Nicat İsmayılzadə (hər ikisi 74 kq), Eltac Qafarov (80 kq), Taleh Süleymanov (87 kq), Səlimə Quliyeva (46 kq), Aylin Eynullayeva (49 kq), Nigar Abdullayeva (53 kq), Leyla Bəşirova, Nərgiz Kazımova (hər ikisi 57 kq), Meylin Məmmədzadə (62 kq) və Nərmin Ənsəri (67 kq) iştirak edəcəklər.

Qeyd edək ki, Tehrana fevralın 10-da yollanan komanda ayın 20-də Bakıya qayıdacaq.

writer photo
Əlirza Əlirzalı
0