Tayfur Əliyev 1/8 finalda
03.05.2023 - 17:57
Tayfur Əliyev 1/8 finalda

Azərbaycan boksçusu Tayfur Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb. 

Federasiyadan apasport.az saytına verilən məlumata görə, 60 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 finalda qırğızıstanlı Mirzohid İmamnazarovla döyüşüb. 

Rəqibini məğlub edən Avropa Oyunlarının mükafatçısı növbəti mərhələyə yüksəlib. O, 1/8 finalda rusiyalı Vsevolod Şumkovla üz-üzə gələcək. Görüş mayın 8-də olacaq. 

Mundialın üçüncü günündə Sərxan Əliyev (71 kq) də rinqə çıxıb. Dev Nişantla (Hindistan) qarşılaşmada rəqib 1/16 finala vəsiqə qazanıb. 

Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı mundialın dördüncü günündə Tural Sarıyev (48 kq) Al-Jaleel Jokhu (Trinidad və Tobaqo) ilə, Məhəmməd Abdullayev (+92 kq) Ernandes Kruzla (Meksika) ilə üz-üzə gələcək. 

writer photo
Əlirza Əlirzalı
0