“Tottenhem” iki futbolçunu birdən heyətinə qatıb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi “Everton”un hücumçusu Rişarlison və “Barselona”nın müdafiəçisi Klemen Lanqle ilə güclənib.
Rişarlisonun transferinin artıq bu gün açıqlanması planlaşdırılır. Liverpullular braziliyalının satışından bonuslar daxil olmaqla 70 milyon avro qazanacaq. 25 yaşlı “sambaçı” isə yeni klubu ilə 5 illik müqavilə bağlayacaq.
London klubu eyni zamanda Lanqlenin də icarəyə götürülməsi məsələsini “Barselona” ilə razılaşdırıb. Fransalı mərkəz müdafiəçisi növbəti mövsümü icarə əsasında paytaxt təmsilçisində keçirəcək.
Qeyd edək ki, Rişarlison ötən mövsüm bütün turnirlərdə 33 oyunda 11 qol vurub. 27 yaşlı Lanqlenin isə aktivində 27 matç olub.