Türkiyəli mütəxəssis Azərbaycan klubunu çalışdıracaq
15.06.2024 - 12:33
Türkiyəli mütəxəssis Azərbaycan klubunu çalışdıracaq

Azərbaycan II Liqası təmsilçisi "Füzuli"nin yeni baş məşqçisi açıqlanıb.

Apasport.az klubun mətbuat xidmətinə isitnadən xəbər verir ki, türkiyəli mütəxəssis İbrahim Uzunca əyalət təmsilçisini çalışdıracaq.

UEFA PRO kateqoriyalı məşqçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 62 yaşlı mütəxəssis 2011-ci ildən etibarən, fasilələrlə, "Lokomotiv Biləcəri", "Bakı" FK, "Şahdağ" Quba və "Xan Lənkəran" klublarında fəaliyyət göstərib.

Türkiyədə isə "Adana Demirspor", "Kayseri Erciyesspor", "Pozantı Genclik", "Kadirli Demir" və "Osmaniyespor" klublarının baş məşqçisi postunda çalışıb.

writer photo
Əlirza Əlirzalı
0