UEFA açıqladı: "Qarabağ"ın futbolçusu birinci pillədə
22.11.2022 - 20:51
UEFA açıqladı: "Qarabağ"ın futbolçusu birinci pillədə

UEFA Avropa Liqasının qrup mərhələsində qapı çərçivəsinə ən çox zərbə endirən futbolçuların siyahısı açıqlanıb.

Apasport.az turnirin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, bu siyahıya "Qarabağ"ın futbolçusu Ovusu Kvabena başçılıq edib.

14 zərbəsi "çərçivə"yə düşən qanalı bu göstəricidə Markus Reşford ("Mançester Yunayted"), Rikardu Orta, Vitinya (hər ikisi "Braqa") və Anastasios Bakasetası ("Trabzonspor") qabaqlayıb. Adları çəkilən oyunçular qapıya 9 dəfə düşüblər. Ovusu Kvabena bu zərbələrdən 3-ü qola çevirə bilib.

Qeyd edək ki, Avroliqanın qrup mərhələsini 3-cü tamamlayan "Qarabağ" Konfrans Liqasının pley-offunda Belçikanın "Gent" komandası ilə qarşılaşacaq. Bu rəqiblə matçlar gələn ilin 16 və 23 fevral tarixlərində keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0