Vaqif Cavadov: "Ümid edirəm, belə bir sima Azərbaycan futboluna rəng qatacaq"
12.06.2024 - 14:54
Vaqif Cavadov: "Ümid edirəm, belə bir sima Azərbaycan futboluna rəng qatacaq"

"Fernandu Santuş çox yaxşı məşqçidir".

Bunu apasport.az-a açıqlamasında sabiq futbolçu Vaqif Cavadov Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçi postuna təyinatı barədə danışarkən deyib.

Veteran futbolçu Santuşun uğurlu çalışdırıcı olduğunu bildirib: "Bu xəbərə çox sevindim. O, işlədiyi milli komandalarda uğurlar qazanıb. İnanıram ki, Azərbaycan millisində də ən azından bizim istədiyimiz nəticələri əldə edəcək". 

V. Cavadov millinin yaxşı nəticələr qazanacağına inandığını vurğulayıb: "Uğurlar arzu edirəm. İnşallah onun gəlişi millimizə xeyir verər. Amma necə olacağını zaman göstərəcək. Ümid edirəm, belə bir sima Azərbaycan futboluna rəng qatacaq və millimiz inkişaf edəcək. Futbolçular millidə oynamaq istəyini daha da artıracaq. İnanıram ki, yaxşı nəticələr bizi gözləyir".

Qeyd edək ki, Fernandu Santuş 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu olub. 

Nərmin Vüqarqızı

writer photo
Əlirza Əlirzalı
0