Yığmamızın futbolçusunun Koreya klubuna keçidi rəsmiləşdi
21.02.2023 - 11:08
Yığmamızın futbolçusunun Koreya klubuna keçidi rəsmiləşdi

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk karyerasını Cənubi Koreyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı müdafiəçinin "Tedjon Hana Sitizien"ə keçidi rəsmiləşib.

Bunu Asiya təmsilçisinin mətbuat xidməti açıqlayıb. Anton yeni klubu ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2021-ci ildə "Neftçi"dən Plotsk təmsilçisi "Visla"ya keçən milliləşən legioner Polşa çempionatında 25 matçda 3 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0