Yüksək Liqa: I tura yekun vurulacaq
05.12.2024 - 09:55
![Yüksək Liqa: I tura yekun vurulacaq](https://ww3.apasport.az/storage/news/2024/december/05/big/67513ec22a31967513ec22a31a173337773067513ec22a2fc67513ec22a318.jpg)
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I tura bu gün yekun vurulacaq.
Apasport.az xəbər verir ki, sonuncu matç Sumqayıtda keçiriləcək.
"Gənclər" “Xilasedici” ilə üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da başlayacaq.
Qeyd edək ki, ötən gün “Murov Az Terminal” MOİK-ə 3:0, “Neftçi” isə “Azərreyl”ə 3:2 hesabı ilə qalib gəlib.
0
0