Yunanıstan klubu Gənclər Liqasının qalibi oldu
23.04.2024 - 11:51
"Olimpiakos" UEFA Gənclər Liqasının qalibi olub.
Apasport.az xəbər verir ki, Pirey təmsilçisi finalda "Milan"la qarşılaşıb.
Matç yunanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Olimpiakos"un qollarını Kristos Mouzakitis, Antonios Papakanellos və Teofanis Bakulas vurub.
Matç İsveçrənin Nyon şəhərindəki "Kolovray" stadionunda keçirilib.
Qeyd edək ki, “Olimpiakos” bu mövsüm Gənclər Liqasının II təsnifat mərhələsində “Qəbələ”ni turnirdən kənarlaşdırmışdı. Qəbələdə 3:0 qalib gələn yunanlar, evdə də 4 cavabsız qolla qazanmışdı.
- Avropa çempionatına yollanacaq milli Qaxda toplanış keçir
- Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib
- Rəşad Sadiqov: “Ən güclü milli hazırkı deyil, millinin vaxtları olub” - Müsahibə
- Millimizin iştirak edəcəyi yarışa Rusiya və Belarus idmançıları buraxılacaq
- Millidən növbəti qələbə
0
0