Zabit Səmədovun oğlu döyüşə çıxacaq
24.12.2022 - 00:00
Zabit Səmədovun oğlu döyüşə çıxacaq

Veteran kikboksçumuz Zabit Səmədovun oğlu Mübariz Səmədov atasının yolunu davam etdirməyə çalışacaq.

Apasport.az-ın xəbərinə görə, Mübariz atasının yeni yaratdığı "New Generation Fighting" təşkilatının 24 dekabrda təşkil olunacaq ilk döyüş gecəsində döyüşəcək.

Onun rəqibi Rinat Musayev olacaq. Yarışdakı digər 10 döyüş isə bu idmançılar arasında baş tutacaq.

1. Şair Sultanov – Vahid Ələkbərov (MMA)
2. Məhəbbət Hümbətov – Taleh Əliyev (kikboksinq)
3. Edvin Abbasov – Elxan Həsənov (MMA)
4. Fərhad Mahmudov – Fərid Mirzəbəyov (MMA)
5. Fuad Haşımi – Murad Quliyev (Əlbəyaxa döyüş)
6. Tural Üseynov – Kamil Əzizov (MMA)
7. Cabbar Mustafayev – Osman Bədal (kikboksinq)
8. Elşən Yusubov – İlham İsrafilov (MMA)
9. Turan Əhmədov – Mürvət Rüstəmov (MMA)
10. Ruslan Nağıyev – Mavlon Kakxorov (kikboksinq)

Qeyd edək ki, Azərbaycan Boks Federasiyasının idman zalında keçiriləcək döyüş gecəsinin matçmeykeri Şiraslan Kərimovdur.

Səbuhi Musa

 

writer photo
Əlirza Əlirzalı
0