"Zirə"dən 8:0-lıq darmadağın
06.02.2025 - 11:55
"Zirə"dən 8:0-lıq darmadağın

Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal cütləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunlarından sonra yarımfinala vəsiqə qazanan komandaların adına aydınlıq gəlib.

Cavab matçlarında "Zirə" "Star Bakı"nı 8:0 (ilk oyun 7:1), "Galaxy" "Sumqayıt"ı 8:3 (0:1), "Göyçə "Aznur"u 1:0 (3:6), "Birbaşa Bakı" "Laçın"ı 10:1 (13:0) məğlub edib.

Beləliklə, finala gedən yolda "Birbaşa Bakı" "Galaxy"nin, "Zirə" "Aznur"un müqavimətini qırmağa çalışacaq. İlk görüşlər fevralın 12-də baş tutacaq

writer photo
Əlirza Əlirzalı
0