"Qarabağ"ın Kvabenası Azərbaycana qayıdır? - ÖZƏL
06.02.2025 - 14:02
"Qarabağ"ın Kvabenası Azərbaycana qayıdır? - ÖZƏL

“Qarabağ”ın sabiq hücumçusu Ovusu Kvabenanın Azərbaycana qayıdışı reallaşa bilərmiş.

Belə ki, Kadi Borgesdən öncə qanalı hücumçuya Misli Premyer Liqasından təkliflər gəlib.

Apasport.az saytına verilən məlumata görə, Ovusunun “Qarabağ”a qayıdışı gündəmdə olmayıb.

Onun xidmətində iddialı klublarımız maraqlı olub. Lakin futbolçunun maliyyə şərtləri çox yüksək olduğu üçün Ovusunun Azərbaycana qayıdışı baş tutmayıb.

Belə ki, klublarımız 27 yaşlı futbolçunun icarəsi üçün belə o səviyyədə yüksək məbləğ ödəmək istəməyiblər. Beləcə, Kvabena “Ankarügücü”nə yollanıb. 

Qeyd edək ki, müqavilə ilə “Ferentsvaroş”a məxsus olan Ovusu 2020-23-cü illərdə “Qarabağ”da çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0