“Çikaqo” Lavinlə vidalaşır
21.06.2023 - 22:39
NBA təmsilçisi “Çikaqo” Zak Lavinlə yollarını ayıra bilər.
Apasport.az saytı xəbər verir ki, müdafiəçi ilə “Mayami” və “Portlend” maraqlanır.
Çikaqolular Lavinlə bağlı təklifləri nəzərdən keçirirlər. 28 yaşlı basketbolçu daha gənc həmkarı ilə dəyişdirilə bilər. “Çikaqo”da 4 mövsümlük 215 milyon dollarlıq müqaviləsi olan Lavin daha güclü komandaya keçməyə qarşı deyil.
Qeyd edək ki, Zak başa çatan mövsümdə orta hesabla 24,8 xal, 4,5 götürmə və 4,2 ötürmə ilə yadda qalıb.
0
0