“Leykers”də Devis müəmması
11.05.2023 - 21:39
“Leykers”də Devis müəmması

“Leykers”in üzvü Entoni Devisin pley-offun 6-cı görüşündə iştirakı sual altındadır.

Apasport.az saytı xəbər verir ki, təcrübəli basketbolçu “Qolden Steyt”lə oyunun sonuna yaxın üzünə güclü zərbə alıb.

Devis beyin silkələməsi təhlükəsi ilə üzləşib. Onun tibbi müayinədən keçəcəyi və son qərarın həkimlər tərəfindən veriləcəyi bildirilib.

Qeyd edək, Devisin komandası 106:121 hesabı ilə məşlub olsa da, “Leykers” ümümi hesabda 3:2 öndədir.
 

writer photo
Əlirza Əlirzalı
0