Maykl Cordanın ayaqqabısı rekord qiymətə satıldı
03.02.2024 - 15:23
Maykl Cordanın ayaqqabısı rekord qiymətə satıldı

Maykl Cordanın 1998-ci ildə NBA finalında geyindiyi ayaqqabılar hərracda satılıb.

Apasport.az xəbər verir ki, 1998-ci ildə NBA finallarında geyindiyi altı fərqli ayaqqabının İngiltərədə 8 milyon dollara satıldığı bildirilib.

Bu məbləğ matçda geyinilən idman ayaqqabısı üçün ödənilən ən yüksək qiymət olub. Ayaqqabılar Maykl Cordana məxsus idman əşyaları arasında ikinci ən bahalı əşya kimi qeydə alınıb.

Qeyd edək ki, ən bahalı ilk əşya isə Maykl Cordanın 1998-ci ildə NBA finalında geyindiyi forma olub. Əfsanəvi basketbolçunun forması 2022-ci ildə 10,1 milyon dollara satılıb. 

writer photo
Əlirza Əlirzalı
0