"Sabah" FIBA Avropa Kubokunda növbəti matçını keçirəcək
06.11.2024 - 13:20
"Sabah" FIBA Avropa Kubokunda növbəti matçını keçirəcək

"Sabah" klubu FIBA Avropa Kubokunda bu gün növbəti matçını keçirəcək.

Apasport.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda Yunanıstan təmsilçisi "Marussi" ilə qarşılaşacaq.

Marussi şəhərindəki "Maroussi Saint Thomas Indoor Hall"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Oyunu Marek Kukelçik (Slovakiya), Nemanya Ninkoviç (Serbiya) və Mladen Luçiç (Monteneqro) idarə edəcəklər.

Qeyd edək ki, "Sabah" evdə "Marussi"yə 70:82 hesabı ilə məğlub olub. Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın "Spiru" klubuna evdə 68:78, səfərdə 81:82, İsveç təmsilçisi "Norrçepinq Dolfins"ə isə 70:74 hesabı ilə yenilib.

writer photo
Əlirza Əlirzalı
0