“İnanıram ki, o, 50 yaşına qədər oynaya bilər".
Apasport.az xəbər verir ki, bunu Argentina millisinin qapıçısı Emiliano Martines deyib.
"Arsenal"ın sabiq qapıçısı Lionel Messinin 50 yaşına qədər oynaya biləcəyinə inanır: "O, əla formadadır və çox yaxşıdır. Mürəkkəb şeyləri sadə formada edir. Topa nə qədər yaxşı vurur. O, topu yerə qoyur, sənə baxır və düz yuxarı doqquzluğa vurur. Qaçırsa belə, top yenə də dirəyə və ya tirə dəyir. Solaxaydır. Boyu hündür deyil, lakin güclüdür".
Qeyd edək ki, 35 yaşlı Lionel Messi DÇ-2022-də milli komandanın heyətində 6 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. O hazırda Fransa millisinin futbolçusu, PSJ-dəki komanda yoldaşı Kilian Mbappe ilə birgə mundialın şərikli bombardiridir.