"Çelsi" Dortmundda uduzdu, "Benfika" Belçikada qalib gəldi
16.02.2023 - 01:57
"Çelsi" Dortmundda uduzdu, "Benfika" Belçikada qalib gəldi

UEFA Çempionlar Liqasının pley-off matçında daha 2 matç keçirilib.

Apasport.az xəbər verir ki, "Borusiya" Dortmundda qış fasiləsində heyətini gücləndirmiş "Çelsi"ni 1:0, "Benfika" isə Belçika səfərində "Bruxe"ni 2:0 məğlub edib.

UEFA Çempionlar Liqası
Pley-off

"Bruqe" (Belçika) – "Benfika" (Portuqaliya) - 0:2
Qollar: Juau Mariu, 51. David Neres, 88

"Borusiya" (Dortmund, Almaniya) – "Çelsi" (İngiltərə) - 1:0
Qol: Karim Adeyemi, 63

Xatırladaq ki, bir gün əvvəl "Milan" Tottenhem"i Brahim Diasın, "Bayern" PSJ-ni Kinqsley Komanın vurduğu yeganə qolla məğlub etmişdi. Çempionlar Liqasının digər 4 matçı gələn həftə keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0