32 komandanın iştirakı ilə klublararası dünya çempionatının keçirilməsi sual altına düşüb.
Apasport.az saytının məlumatına görə, Avropa klubları 2025-ci ildə ABŞ-da təşkil olunması planlaşdırılan yarışa qatılmaqdan imtina edib.
Bu ideyanı reallaşdırmaq istəyən FIFA Avropa Klublar Assosiasiyası ilə görüşüb. Lakin klubların sərt mövqeyinə bələd olan FIFA prezidenti Canni İnfantino bu məsələni gündəlikdən çıxarıb. Bir müddət əvvəl UEFA da bu yeniliyə qarşı çıxıb. Bu, klublararası dünya çempionatının ləğvinə səbəb ola bilər.
Qeyd edək ki, FIFA-nın 4 ildə bir dəfə keçirmək istədiyi yarışın mükafat fondu 150 milyon funt sterlinq təşkil etməli idi.