Dünya çempionatından imtina edən 6 FUTBOLÇU
10.07.2022 - 13:21
Dünya çempionatından imtina edən 6 FUTBOLÇU

Hər bir futbolçunun ən böyük arzusu dünya çempionatının final mərhələsində oynamaqdır.

Apasport.az saytının məlumatına görə, bu isə hər futbolçuya nəsib olub.

Ancaq elə oyunçular da olub ki, əllərinə düşən şansı öz əlləri ilə geri çeviriblər. Bu yazıda dünya çempionatında oynamaqdan imtina edən futbolçulara nəzər yetirəcəyik.

Mattias Sindelar
Sindelar DÇ-1934-də Avstriya yığmasının kapitanı idi. 1938-ci ilin aprelində Almaniyanın Avstriyanı işğal etməsinin ardından bu iki ölkənin DÇ-1938-ə bir komanda göndərəcəyi açıqlayıb. Bundan imtina edən Sindelar mundialda iştirak etməyəcəyini bildirib. 1939-cu ildə isə 35 yaşında evində ölüsü tapılıb.

Yohan Kroyff
Futbol tarixinin ən böyük ulduzları sırasında göstərilən Kroyff 1978-ci ildəki dünya çempionatından imtina edib. Niderlandlı əfsanə mundiala ev sahibliyi edən Argentinada diktator Videla rejiminə qarşı olduğu üçün ora getməkdən boyun qaçırıb.

Bernd Şuster
Şuster dövrünün böyük oyunçularından sayılsa da, intizamla bağlı problemləri var idi. DÇ-1982-yə yollanması gözlənilən almaniyalı yenicə dünyaya gələn övladını görmək üçün icazəsiz düşərgədən ayrılıb. Komandadan uzaqlaşdırılan Şuster daha sonra bağışlanılsa da, dünya çempionatında oynamayacağını açıqlayıb.

Fernando Redondo
DÇ-1994-də iştirak edən Redondonun növbəti mundiala getməmə səbəbi olduqca qəribədir. Həmin dövrdə Argentina millisini çalışdıran Daniel Passarella komandada uzun saçlı oyunçu istəmədiyini söyləyib. Bunu qəbul etməyən Redondo saçlarını DÇ-1998-ə yollanmaqdan ütün tutub. Passarella turnirdən sonra istefaya göndərilib. Redondo isə həmin hadisəyə görə milli karyerasını birdəfəlik başa vurub.

Nikola Kaliniç
Kaliniçin durumu bir qədər fərqli olub. Xorvatiyalı futbolçu yığmasının finala qədər irəlilədiyi DÇ-2018-in iştirak ərizəsində olsa da, qrupun Nigeriya ilə ilk matçında oyuna daxil olmaq istəməyib. Həmin hadisədən sonra heyətdən uzaqlaşdırılan Kaliniç ölkəsinə qaytarılıb. Millisi finala qədər irəlilədiyindən, hücumçuya gümüş medal verilib. Ancaq ona layiq olmadığını açıqlayan Kaliniç medaldan imtina edib.

Buna Sarr
Sarrın anası qvineyalı, atası isə seneqallıdır. O, ilk olaraq 2014-cü ilin dekabrında Qvineya millisində oynamaq təklifini rədd edib. 2018-ci ilin aprelində isə Seneqalın dünya çempionatına yollanmaq təklifinə “yox” cavabını verib. Fransa yığmasında oynamaq istəyən Sarrın bu arzusu hələ də gerçəkləşməyib. Artıq 30 yaşı olan yarımmüdafiəçi fransızlardan ümidini üzərək, 2021-ci ildə Seneqal millisində oynamağa başlayıb.
 

writer photo
Əlirza Əlirzalı
0