Futbolçu və baş məşqçi kimi dünya çempionu olanlar - SİYAHI
18.11.2022 - 00:42
Futbolçu və baş məşqçi kimi dünya çempionu olanlar - SİYAHI

Hər bir futbolçunun ən böyük arzusu dünya çempionatının final mərhələsində iştirak etməkdir.

Apasport.az saytının məlumatına görə, dünya kubokunu başı üzərinə qaldırmaq isə artıq xəyaldır.

Ancaq elə adlar var ki, futbolçu kimi dünya çempionu olmaqla kifayətlənməyib, bu nailiyyətini baş məşqçi qismində də təkrarlayıb. Dünyanı iki fərqli rolda fəth edənlərin sayı isə cəmi 3-dür. Görək onlar kimlərdir:

1. Mario Zaqallo
Braziliya və dünya futbolunun əfsanəsi olan Zaqallo mundiallar tarixinin ən mühüm simalarındandır. Çünki onun aktivində dörd dünya çempionluğu var: 2-si futbolçu (1958, 1962), 1-i baş məşqçi (1970), biri isə texniki köməkçi (1994). Velho Lobonu qeyd etmədən Braziliya Milli Komandası haqqında danışmaq mümkün deyil.

2. Frans Bekkenbauer
Mütəxəssislər tərəfindən bütün dövrlərin ən güclü mərkəz müdafiəçisi kimi qiymətləndirilən, 2 dəfə “Qızıl top” mükafatını qazanan yeganə arxa xətt oyunçusu Frans Bekkenbauer dünya çempionatlarında da iz qoyub. 1974-cü ildəki dünya çempionu Almaniya yığmasının kapitanı olan Bekkenbauer  16 il sonra - 1990-cı ildə üçüncü dəfə bu titula yiyələnən Bundestimin sükanı arxasında olub.

3. Didye Deşam
Qısa, eyni zamanda seçilmişlərin düşdüyü siyahıya son əlavə olan Didye Deşam Fransa millisinin tarixində aktuallıq/qəhrəmanlıq baxımından Zinəddin Zidan və Mişel Platiniyə yaxın yer tutur. Ağıllı və üstün taktiki zəkaya malik yarımmüdafiəçi 1998-ci ildə ilk dünya çempionluğunu əldən edən Fransanın kapitanı idi. 20 il sonra – 2018-ci ildə Rusiyada “üçrənglilər”in baş məşqçisi qismində dünyanı fəth etməyin ləzzətini yenidən yaşayıb. Deşam DÇ-2022-də də uğurunu təkrarlamağa çalışacaq.
 

writer photo
Əlirza Əlirzalı
0