Millimiz mübarizəni dayandırdı
30.10.2024 - 01:46
Millimiz mübarizəni dayandırdı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri AVRO-2025-in pley-off mərhələsində Portuqaliya ilə görüşüb.

Bakıda keçirilən ilk oyunda 1:4 hesabı ilə uduzan yığmamız cavab görüşünə revanş arzusu ilə çıxıb. Millimiz növbəti mərhələ vəzifəsinin öhdəsindən gələ bilməyib. Bu dəfə də qapısından 4 top buraxan yığmamız turnirlə vidalaşıb.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə Belarus – Çexiya duelinin güclüsü ilə qarşılaşacaq.

AVRO-2025-in pley-off mərhələsi
Cavab oyunu, 29 oktyabr
23:45. Portuqaliya - Azərbaycan - 4:0
Qollar: 
Diana Silva, 15; 26. Dolores Silva, 57 (pen.). Fatima Pinto, 86
Baş hakim: Şona Şukrula (Niderland)
Vizela stadionu
İlk oyun – 4:1

writer photo
Əlirza Əlirzalı
0