“Psixoloji cəhətdən məhv olmuşam. Əlbəttə ki, bu məğlubiyyət məni çox incitdi, 10 dəqiqə hərəkətsiz qalmağa məcbur etdi və az sonra göz yaşı tökdüm. Təəssüf ki, buna görə uzun müddət əziyyət çəkəcəyik".
Apasport.az xəbər verir ki, bunu Braziliya millisinin futbolçusu Neymar deyib.
O, dünya çempionatının 1/4 finalında mübarizəni dayandırmaları barədə post paylaşıb: "Biz sona qədər mübarizə apardıq və komanda yoldaşlarımla fəxr edirəm, çünki onlarda fədakarlıq vardı və çatışmazlıq yox idi. Bu komanda qələbəyə layiq idi, biz buna layiq idik, Braziliya buna layiq idi. Amma bu məğlubiyyət Allahın iradəsi deyildi!
Dəstəyiniz üçün hamınıza təşəkkür edirik. Bu, uzun müddət bizi ağrıdacaq”.
Qeyd edək ki, Neymar komanda ilə birlikdə Qətəri tərk etməyib. O, milli komandanın qaldığı Dohadakı oteldə qalıb.