PSJ və "Borussiya"da oynamış futbolçu "Trabzonspor"da
06.02.2024 - 15:44
PSJ və "Borussiya"da oynamış futbolçu "Trabzonspor"da

"Trabzonspor" ara transfer dövründə heyətini belçikalı müdafiəçi ilə gücləndirir. 

Apasport.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 

Belə ki, Qara dəniz komandası ilə prinsipcə razılığa gələn Tomas Munye artıq Trabzona gəlir.

Klub 32 yaşlı belçikalı ilə 1,5 illik müqavilə imzalamağı planlaşdırır.

Xatırladaq ki, Munye buna qədər PSJ, "Borussiya" kimi komandaların formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0