UEFA “Barselona”nı cəzalandırdı
27.09.2024 - 16:55
UEFA "Barselona"nı cəzalandırıb.
Apasport.az xəbər verir ki, cəzaya səbəb Çempionlar Liqasının senyabrın 19-da keçirilən "Monako" - "Barselona" matçında (2:1) qonaq komandanın azarkeşlərinin açdığı nassist banner səbəb olub.
UEFA Kataloniya klubunu 10 min avro cərimələyib və komandanın avrokuboklarda növbəti səfər oyununa bilet satışını qadağan edib.
“Barselona” Çempionlar Liqasında növbəti səfər matçını noyabrın 6-da “Srvena Zvezda”ya qarşı keçirəcək.
0
0