Zidan və Anrini keçdi, Fontenə yaxınlaşdı
26.11.2022 - 22:31
Zidan və Anrini keçdi, Fontenə yaxınlaşdı

Kilian Mbappe Fransa millisində dünya çempionatlarında ən çox qol vuran ikinci futbolçu olub.

Apasport.az saytı xəbər verir ki, 23 yaşlı hücumçu DÇ-2022-də Danimarka ilə oyunda (2:1) dubl edərək mundiallarda qol sayını 7-yə çatdırıb.

PSJ-nin üzvü bu göstəricidə 5 qollu Mişel Platini və Zinəddin Zidanı, həmçinin analoji turnidə 6 qol vurmuş Tyerri Anrini keçib. Siyahıda lider isə DÇ-1958-də 13 qolun müəllifi olmuş Jüst Fontendir.

Kilian Mbappe "üçrənglilər"in heyətində qol baxımından Zinəddin Zidana çatıb. Aktivində 31 qol olan gənc hücumçu yığma bombardirlərinin sıralamasında Jüst Fonten ilə Jan-Pyer Papeni keçərək 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, Fransa millisi Qətərdəki mundialın qrup mərhələsinin III turunda Tunislə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0