Kuyt Niderland klubunda
02.06.2022 - 21:19
“Liverpul”un və Niderland millisinin sabiq futbolçusu Dirk Kuytun yeni iş yeri bəlli olub.
Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis “Den Haaq”ın baş məşqçisi təyin olunub.
Onunla 1 illik müqavilə imzalanıb. Kuyt 2023-cü ilin yayına qədər “Den Haaq”a rəhbərlik edəcək. Aşağı dəstəyə yuvarlanan klubun rəhbərliyi onun başçılığı altında yenidən Erediviziyaya dönməyi hədəfləyib.
Qeyd edək ki, Kuyt 2018-20-ci illərdə “Feyenoord”un gənclərdən ibarət komandasına rəhbərlik edib.
0
0