Beynəlxalq Boks Birliyi Paris Yay Olimpiya Oyunlarının 1/8 final mərhələsində əlcəzairli İmane Xaleflə döyüşü son çatdırmaqdan imtina edən italyan Angela Kariniyə pul mükafatı verəcəyini elan edib.
Apasport.az xəbər verir ki, mükafat fondu 50 min dollar təşkil edir.
Karini İmaneyə qarşı ilk raundda bir neçə qüvvətli zərbəyə məruz qaldıqdan sonra görüşün 46-cı saniyəsində yarışmaqdan imtina etmişdi.
Karini ilə yanaşı İtaliya Boks Federasiyası və məşqçisinə də ümumilikdə 50 min dollar ödəniş ediləcək.
Beynəlxalq Boks Federasiyasının rəhbəri Umar Kremlev məsələ ilə bağlı açıqlama verib:
“Təhlükəsizlik üçün rinqdə yalnız uyğun şərtləri qarşılayan idmançılar yarışmalıdır. Karininin göz yaşlarına baxa bilmirdim. Bu cür vəziyyətlərə reaksiyasız qala bilmirəm və hər iki boksçunu qoruyacağımıza əmin ola bilərsiz”.
Xatırladaq ki, 2023-cü il Dünya Çempionatında Beynəlxalq Boks Federasiyasının uyğunluq kriteriyalarını qarşılamayıb diskvalifikasiya edilməklərinə baxmayaraq, İmane Xelif və iki dəfə Dünya çempionu olmuş tayvanlı Linin Parisdə yarışmalarına icazə verilmişdi.