Əfsanəvi tennisçi xərçəngə yoluxdu
03.01.2023 - 12:14
Əfsanəvi tennisçi xərçəngə yoluxdu

Əfsanəvi tennisçi Martina Navratilova xərçəng xəstəliyinə yoluxub. 

Apasport.az saytı xəbər verir ki, bunu 66 yaşlıı Çexiya əsilli veteran tennisçinin özü açıqlayıb. 

O bildirib ki, xəstəlik ilkin mərhələdədir və həkim nəzarətinə alınıb. 

Qeyd edək ki, peşəkar karyerasına 1973-cü ildə başlamış Martina 18 titulu tək, 31-ni qadın (bütün dövrlərin rekordu) və 10-nu qarışıq cütlüklə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0