"Böyük dəbilqə": Tçkayev qızıl medal qazandı
12.10.2024 - 18:55
BƏƏ-nin Abu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turniri keçirilir.
Apasport.az xəbər verir ki, bu gün növbəti təmsilçilərimiz tatamiyə çıxıblar.
81 kq çəki dərəcəsində Zelim Tçkayev macarıstanlı Botond Totu məğlub edib. O, ardınca rumıniyalı Adrian Sultsa və gürcüstanlı Dmitri Qoçilaidzeni üstələyərək finala yüksəlib. Təmsilçimiz burda gürcüstanlı Zaur Dvalaşvilini də yenərək çempion adını qazanıb.
Qeyd edək ki, bunadək Açelya Toprak (57 kq) bürünc medala sahib çıxıb.
0
0