Formula-1: Bakıdan Mayamiyədək
05.05.2023 - 22:25
Formula-1: Bakıdan Mayamiyədək

Beynəlxalq Avtomobil Federasiyası (FİA) “Formula-1”də restart qaydalarına dəyişiklik edib.

Apasport.az xəbər verir ki, Bakı Qran-Prisində ilk dəfə tətbiq edilən qayda növbəti dəfə yenilənib. 

Yeni qayda Avstraliyadakı yürüş zamanı restartdan dərhal sonra baş vermiş qəzadan sonra tətbiq edilmişdi. Təhlükəsizlik maşını trassı tərk etdikdən 30 saniyə sonra pilotlar sürət yığa bilərdilər və Bakıda bu amil uğurla test olundu. Federasiya rəhbərliyi bazar günü Mayami Qra-Prisində həmin müddəti bir dəqiqəyə yüksəldib.

Qeyd edək, yeni qaydalar sürücülərə təkərləri qızdırmaq şansı verəcək və bu amil qəzalardan qaçmağa kömək edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0