Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatına start verilib.
Apasport.az xəbər verir ki, ilk gündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıb.
Azərbaycan 4 çəki dərəcəsinin hər birində təmsil olunur.
57 kq çəki dərəcəsində üçqat dünya çempionu Eldəniz Əzizli yarışa 1/8 finaldan qoşulub. Albaniyalı Bayram Sina ilə üz-üzə gələn milli üzvü tam üstünlükə (8:0) qalib gəlib. Əzizli 1/4 finalda da eyni uğuru təkrarlayıb. O, bu dəfə çinli Haifenq Zanqdan üstün olub - 9:0.
63 kq çəki dərəcəsində ilk mərhələdən mübarizəyə başlayan Nihat Məmmədli İldar Hafizova (ABŞ) tam üstünlükə (10:0) qalib gələrək 1/8 finala vəsiqə qazanıb. Güləşçimiz daha sonra bolqarıstanlı Muslim Amayevə "tuşla" qalib gəlib.
72 kq çəki dərəcəsində Ülvi Qənizadənin 1/8 finalda Otar Abuladzeni (Gürcüstan) məğlub edib - 5:1. O, ardınca xorvatiyalı Dominik Etlingerə tam üstünlüklə (9:0) qalib gələrək yarımfinala yüksəlib.
82 kq çəki dərəcəsində Qurban Qurbanov təsnifat mərhələsində albaniyalı Kevin Kupini sınağa çəkib. O, rəqibinə tam üstünlüklə (9:0) qalib gələrək 1/8 finala yüksəlib. O, növbəti görüşündə isə macarıstanlı Erik Szilvassiyə 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, mundiala oktyabrın 31-də yekun vurulacaq.
- Slavko Georgiyevski “Neftçi”nin nəticələrində günahkarın adını açıqladı - MÜSAHİBƏ
- Rasim Ramaldanov: "Millinin hazırkı heyətində 2-3 futbolçu daha ola bilərdi" - Müsahibə
- "Mançester Yunayted" Zirkzee transferini bitirmək üzrədir
- Niderland KUPONU
- Yeqor Xvalko: "Oyunçularımız yaxşı təkliflərə getdilər, bizim buna gücümüz çatmır" - Müsahibə