Güləş üzrə Respublika çempionatına start verilib
05.06.2024 - 00:00
Güləş üzrə Respublika çempionatına start verilib

Bu gün güləş üzrə Məktəblilərin Respublika çempionatına start verilib.

Apasport.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Güləş Federasiyasının ortaq təşkilatçılığıyla keçirilən birincilikdə 15 yaşadək şagirdlər mübarizə aparır.

Respublika üzər 14 regionda keçirilən zona yarışlarında hər çəkidə ilk 2 yeri tutmuş güləşçilər final mərhələsində iştirak hüququ qazanıblar. Məktəblilərin Respublika çempionatında qaliblər 11 çəki də müəyyənləşəcək. Birincilikdə əlavə olaraq 35 kq-da da yarış keçirilir.

Çempionatın ilk günündə sərbəst güləş üzrə 35, 41, 48, 57, 68 və 85 kq-da medalçıların adına aydınlıq gəlib.

35 kq
1. Elman İsmayılov (Gəncə, “Təhsil”)
2. Akşin Əlizadə (Mingəçevir)
3. Hüseyn Əliyev (Gəncə, “Təhsil”), Oğuz Paşayev (Sabunçu)

41 kq
1. Həzrət Müzəffərov (Gəncə, “Təhsil”)
2. Əbülfəz Muxtarov (Qax, ROİL)
3. Hüseyn Əliyev (Gəncə, “Təhsil”), Zirəddin Rzayev (Lənkəran)

48 kq
1. Yusif Hüseynov (Gəncə, “Təhsil”)
2. İnqilab Yusibov (Qazax)
3. Yılmaz Səmədov (Siyəzən), İsmayıl Əliyev (Sumqayıt)

57 kq
1. Yəhya Yaqubov (Gəncə, “Təhsil”)
2. Əliəkbər Baxşıyev (Astara)
3. Siyasət Dadaşzadə (Lənkəran), Tərlan Bayramov (Qaradağ)

68 kq
1. Vaqif Həsənli (Abşeron)
2. İsmayıl Kərimov (Qəbələ)
3. Elvin Qədirov (Xətai), Ömər Qarazadə (Şamaxı)

85 kq
1. Elgün Kərimli (Lənkəran)
2. Səid Məmmədzadə (Sabunçu)
3. Rafael Əhədli (Abşeron), Səyyad İbrahimli (Qazax)

writer photo
Əlirza Əlirzalı
0