“Mançester Siti”nin gənc ulduzu Erlinq Haalandın həyatı və bioqrafiyası azarkeşlərin maraq dairəsindədir.
Erlinq Haaland kimdir?
Erlinq Braut Haaland hücum mövqeyində oynayan norveçli futbolçudur. Haaland 21 iyul 2000-ci ildə İngiltərənin Lids şəhərində anadan olub. Hazırda Premyer Liqa komandalarından “Mançester Siti”nin formasını geyinir.
Məhsuldar bir qolçu olan Haaland sürəti, atletizmi, gücü və topsuz olanda belə, göstərdiyi hərəkətliliyi ilə diqqət çəkir. Dünyanın ən yaxşı gənc futbolçularından biri hesab edilir.
Erlinq Haaland hansı komandalarda oynayıb?
Haaland futbola öz ölkəsinin komandası olan “Brin”də başlayıb. 2016-cı ildə 2 mövsüm keçirəcəyi “Molde”ə transfer edildi. 2019-cu ildə isə Avstriyanın “Red Bull Zaltsburq” komandasına keçdi. 2019-2020 mövsümündə göstərdiyi möhtəşəm performansla bir çox klubun diqqətini çəkən gənc hücumçu 20 milyon avro qarşılığında dünya futboluna qazandırdığı gənc oyunçuları ilə tanınan “Borussiya Dortmund”a transfer olundu.
10 may 2022-ci ildə isə “Mançester Siti” Haalandı heyətinə qatdığını açıqladı. “Şəhərlilər” futbolçu üçün 60 milyonluq azad agent statusu məbləğini ödədilər.
Erlinq Haaland hansı millidə oynayır?
Futbolçu olan atası Alf-İnge Haalandın “Lids Yunayted”də oynadığı dövrdə İngiltərədə anadan olduğu üçün ingilis passportu da olan Haaland Norveç milli komandasını seçib.
Erlinq Haalandın 2019-cu il Çempionlar Liqası rekordları
Haaland 19 iyulda Avstriya Kubokunda “Parndorf 1919”-a qarşı oynadığı matçda ilk het-trikini etdi, komandası isə 7:1 hesabı ilə qalib gəldi. Liqadakı ilk het-trikinə isə “Volfsberger”lə matçda nail oldu və oyun 5:2 hesabı ilə başa çatdı. Komanda ilə üçüncü het-triki “Hartberq”lə oyuna təsadüf etdi, hesab isə 7:2 oldu. Beləcə, Haaland 7 oyuna 11 qol vurmuş oldu. Üç gün sonra Çempionlar Liqasında bu dəfə “Genk” qarşısında 6:2 hesabı ilə qalib gəldikləri matçda het-trik etdi, bu, komandadakı dördüncü het-triki oldu.
“Liverpul”a 1, “Napoli”yə 2 qol vuraraq Kərim Benzemadan sonra UEFA Çempionlar Liqası tarixində ilk 3 matçında da qol vuran tək futbolçu oldu, eyni zamanda Çempionlar Liqasındakı ilk 3 oyununda ən çox qol vuran oyunçu olaraq yeni bir rekord qırdı. Daha sonra “Napoli”yə vurduğu qolla ilk 4 matçında fərqlənən ilk gənc oyunçu oldu. 27 noyabrda “Genk”ə bir qol da vuraraq 5 oyun üst-üstə fərqlənmiş Haaland Alessandro Del Pyero, Rebrov, Neymar, Kriştiano Ronaldo və Robert Levandovski ilə birlikdə rekorda ortaq oldu.
Ümumi sezonda Haaland ilk dövrədə Çempionlar Liqasında 6 oyunda 8 qol, ümumilikdə isə 22 oyunda 28 qol vuraraq möhtəşəm performans sərgilədi.
2020-21: “Qızıl oğlan”
Erlinq Haaland “Brügge” ilə Çempionlar Liqasında oynadıqları qrup matçında 2 qol vuraraq ilk 11 oyununda 14 qola imza atan tək futbolçu oldu.
2020-ci ildə “Qızıl oğlan” (“Golden Boy”) mükafatı Haalanda verildi.
Erlinq Haalandın milli komanda karyerası
İngilis passportu da olmasına baxmayaraq, Norveç millisini seçən Haaland bütün aşağı yaş qruplarında forma geyinib.
Norveçin U-19 komandasında 27 mart 2018-ci ildə het-trik edən Haaland komandasının Avropa Çempionatına vəsiqə qazanmasında önəmli rol oynadı. Həmin görüşdə Şotlandiya ilə qarşılaşan Norveç millisi 5:4 hesablı qələbə qazanmışdı.
Həmin ilin 22 iyulunda Norveçin 19 yaşlıları ilə Avropa Çempionatında İtaliya ilə 1:1 hesablı bərabərliklə başa çatan görüşdə komandasının yeganə qoluna imza atdı.
2019-cu ildə U-20 komandası ilə Dünya Çempionatının qrup mərhələsində Hondurasla qarşılaşmada 9 qol vuraraq rekord qırdı. Norveç həmin oyunu 12:0 hesabı ilə başa vurdu, lakin qrupdan çıxa bilmədi. Başqa heç bir oyunda fərqlənə bilməsə də, Haaland bombardirə verilən “Qızıl Buts”u qazandı.
Erlinq Haaland əsas milli komandada ilk het-trikini 11 iyul 2020-ci ildə UEFA Millətlər Liqasında Rumıniyaya qarşı matçda etdi. Həmin gün Norveç 4:0 hesabı ilə qələbə qazandı.
Erlinq Haalandın şəxsi həyatı
Haaland “Nottingem Forest”, “Lids Yunayted”, “Mançester Siti” komandalarında oynamış sabiq futbolçu Alf-İnge Haaland və keçmiş qadın heptatlon atleti Qri Maria Brautun oğludur.
Atasının futbol oynadığı dövrdə Lids şəhərində dünyaya göz açan Erlinq özü də “Lids Yunayted” azarkeşidir. 2017-ci ilin fevralında demişdi:
“Xəyalım “Lids”lə Premyer Liqa çempionluğu qazanmaqdır”.
Erlinq Haaland 3 yaşı olarkən ailəsi ilə Norveçin Brin şəhərinə köçüb.