Bukmeker kontorları ötən ilin hesabatlarını açıqlamaqda davam edir.
Apasport.az saytının məlumatına görə, Fransada DÇ-2022-yə qoyulan vəsaitin ümumi məbləği bəlli olub.
Bu ölkədə təkcə mundiala 615 milyon avroluq mərc edilib. Öncədən bu rəqəmin 530 milyon olacağı proqnozlaşdırılsa da, finala qədər irəliləyən yığma ölkə vətəndaşlarını da bukmeker kontorlarında oynamağa sövq edib.
AVRO-2020-də 420, DÇ-2018-də 366 milyonluq mərc edən fransalılar bu dəfə göstəricini xeyli artırıb. Təkcə Argentina ilə final matçında kontorlar 55 milyon pul qəbul edib. Dörd il əvvəlki finalda bu rəqəm 37,5 milyon olub.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçirilib. Fransa finalda Argentinaya uduzub.