Bir oyunda 60 qol, 41 avtoqol – 4 komandaya sanksiya
09.06.2022 - 14:24
Bir oyunda 60 qol, 41 avtoqol – 4 komandaya sanksiya

CAR-da 4 futbol klubu ilə bağlı araşdırmalar başa çatıb.

Apasport.az saytının məlumatına görə, yerli futbol federasiyası ötən ayın sonlarında 4-cü divizionda keçirilən iki şübhəli oyunun danışılmış olduğunu təsdiqləyib.

Yekunda klubların dördü də ömürlük futboldan kənarlaşdırılıb. Məsələ ondadır ki, son tur ərəfəsində iki komanda “Matiyasi” və “Şivulani Denjerous Tayqers” yuxarı liqaya vəsiqəyə iddia edib. Eyni xala malik rəqiblərin mübarizəsində sonuncular top fərqində (+16) öndə olub.
 
Çempionatın lideri son oyununda “Kotoko Heppi Boyz”u kötəkləyib – 33:1. Məğlub komanda bu qarşılaşmada 7 avtoqolla rəqibinə “kömək edib”. Amma 3-cü liqaya vəsiqə üçün bu da yetərli olmayıb.

“Matiyasi” “Nsami Mayti Berds” üzərində daha ağlasığmaz qələbəyə sevinib - 59:1. Bu matçda isə 41 avtoqol yaşanıb.

Araşdırmalardan sonra dörd kluba futbol fəaliyyətindən kənarlaşdırılıb. Manipulyasiyada rolu olan bütün klub rəsmiləri 5-8 il müddətinə futboldan uzaqlaşdırılıb.
 

writer photo
Əlirza Əlirzalı
0